Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2014

Şəhidlər Xiyabanı satıldı: camaat ayağa qalxdı - Foto

Bu gün axşam saatlarında bir qrup Keşlə qəsəbə sakini aksiya keçirib.

Sakinlərin etiraz etməsinə səbəb qəsəbədə yerləşən Şəhidlər Xiyabanının bir hissəsi hesab edilən ərazinin qonşuları tərəfindən zəbt edilməsidir. Belə ki, Nizami rayon, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 1E-də yaşayan Elşən Əhmədov qonşuluğunda yerləşən 7 sot torpaq sahəsini öz ərazisinə qatıb.

Qəsəbə sakinləri Elşən Əhmədov burada mağaza tikəcəyini və bunun şəhidlərin ruhuna hörmətsizlik olacağını bildirirlər. Onların sözlərinə görə, Şəhidlər Xiyabanının bir hissəsi hesab etdikləri bu yerdə mağaza tikilməsi, qapısının isə Xiyabana açılması heç bir məntiqə sığmır. Onların sözlərinə görə, Şəhidlər Xiyabanına doğru olan ərazini öz həyətinə qatan Elşən Əhmədov xiyabana ikinci qapı açmaqla, əslində buranı satmağı planlaşdırır.

Keşlə sakinləri bildirir ki, sözügedən ərazidə bir neçə il öncə transformator tikilməsi nəzərdə tutulsa da, məhz şəhidlərin məzarlarının burada yerləşməsi planları dəyişdirib. Baxmayaraq ki, daha təhlükəlidir, amma Şəhidlər Xiyabanına ehtiram əlaməti olaraq, transformator torpaq sahəsi ilə üzbəüzdəki binaların arasında tikilib.

Qeyd edək ki, rəsmi sənədlərdə torpaq sahəsi Elşən Əhmədovun oğlu Telman Əhmədovun adına qeydiyyata alınıb. Burada diqqəti çəkən məqamlardan biri isə torpağın yaxın vaxtlarda, yəni 17 iyul 2014-cü ildə qeydiyyatdan keçirilməsidir. Torpaq Komitəsinin çıxarışı göstərilsə də, torpaq sahəsinin ayırılması ilə bağlı bələdiyyə və tikinti ilə bağlı icra hakimiyyətinin sənədlərini nədənsə sahibkar göstərmək istəmədi.

Sakinlər isə Torpaq Komitəsindən alındığı bildirilən həmin sənədin əslində yeni əraziyə aid olmadığını, E.Əhmədovun öz həyətinin sənədi olduğunu bildirir və buna görə də sabahdan başlayaraq rəsmi qurumlara müraciət edəcəklərini bildirirlər. Artıq imzatoplama kampaniyasına da başlayıblar.

Elşən Əhmədov 90-cı illərdən Keşlə qəsəbəsində yaşayır. O, ev alğı-satqısı ilə məşğuldur. Qəsəbə sakinləri iddia edirlər ki, Elşən Əhmədov sözügedən ərazini satmaq məqsədi ilə mənimsəyib.

Xatırladaq ki, E.Əhmədovun məşhur “Sərin” restoranının sahibinin qardaşı olduğu da bildirilir.

Mövzu ilə bağlı daha dolğun informasiyanı sabah Axar TV-nin təqdim edəcəyi süjetdə izləyə bilərsiniz./axar/





1651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:47
Bunlar