Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Qəzzada 1500-dən çox fələstinli şəhid olub

İşğalçı İsrailin Qəzza zolağında iyulun 8-dən başladığı hərbi əməliyyat dövründə 1567 fələstinli həlak olub, 8600-dən çox insan isə yaralanıb.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, Fələstinin səhiyyə qurumlarının məlumatına əsasən, avqustun 1-də İsrail artilleriyası və hava qüvvələrinin endirdiyi zərbələr nəticəsində, ümumilikdə, 122 fələstinli ölüb. Misirlə sərhəddə yerləşən Rafah şəhərində 70-dən çox fələstinli həlak olub, yüzlərlə insan yaralanıb.

Məlumatda ölənlərin sayının artacağı istisna olunmur. Uçqunlar altında onlarla insan cəsədi qaldığı bildirilir. Zərbələr davam etdirildiyindən cəsədlərin uçqunun altından çıxarılması hələlik qeyri-mümkündür.

Rəsmi məlumatlara görə, əməliyyat dövründə İsrail tərəfdən 61 hərbçi, biri Tailand vətəndaşı olmaqla 3 mülki şəxs həlak olub.
1025 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP