Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Ramis Yunus mesaj verdi

“Ailəmin müdafiəsinə yaxın belə gəlməsinlər”

İyulun 30-da həbs olunan hüquq müdafiəçisi Leyla Yunus və ev dustaqlığına məhkum edilən həyat yoldaşı Arif Yunusun ABŞ-da mühacir həyatı yaşayan qardaşı Ramis Yunus baş verən olayla bağlı Facebook səhifəsində şərh yazıb.

Ramis Yunus bildirib ki, Azərbaycanda və dünyadakı sağlam düşüncəli insanlar onun ailə üzvləri Leyla və Arif Yunusovların təhdidinin sifarişli olduğunu bilirlər: “Onlar sifarişin birbaşa İlham Əliyev tərəfindən verildiyindən də məlumatlıdırlar: “Odur ki, bəribaşdan müxalifət düşərgəsində səngərdə gizlənən satqın “hüquq müdafiəçiləri”nə xəbərdarlıq edirəm - onların müdafiəsi üçün “timsah göz yaşları” axıtmasınlar. Qoy, xariciləri İlham Əliyevin humanist olmasıyla aldatmaqda və öz millətinə hər bayram öncəsi amnistiya nağılları danışmaqda davam etsinlər. Amma mənim ailəmin müdafiəsinə yaxın belə gəlməsinlər. İnanıram ki, məni eşidəcəklər!”.

Ramis Yunus ABŞ Konqresinin Helsinki Komissiyasının toplantısında iştirak etdiyi də bildirib: “Senator Cardinin rəhbərliyi ilə keçirilən toplantıda qurumun həbsə münasibətini ifadə edən sənədini ona təqdim ediblər”./azadlıq/
934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı