Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Qazaxın bir kəndi boşaldıldı

"Bala Cəfərlidən artıq qadın, uşaq və yaşlılar çıxarılıb. Kənddə yalnız kişilər qalıb".
Qazaxın Bala Cəfərli kəndindən qadın, uşaq və yaşlılar çıxarılıb. Bu barədə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov məlumat verib.

O, dünən ermənilərin atəşkəsi şiddətli şəkildə pozmasına görə insanların belə bir addım atdığını bildirib: "Bala Cəfərlidən artıq qadın, uşaq və yaşlılar çıxarılıb. Kənddə yalnız kişilər qalıb. Bala Cəfərli birbaşa ermənilərin ovucundadır. Yəni oradan istənilən atəş kənd üçün təhlükədir. Dünən vəziyyət o həddə idi ki, kənddə sürünərək hərəkət etmək məcburiyyətində qalırdın. Kişilər qadınları, uşaqları qorumaqdan ötrü rayona göndəriblər. Atışma səngiyən kimi onlar geri dönəcəklər. İndi Qazax istiqamətində vəziyyət normaldır. Atışma səsləri demək olar ki, kəsilib”./axar/
1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı