Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

51 erməninin ölüm xəbəri Eynulla Fətullayevin fırıldağı imiş

Rauf Mardiyev Eynulla Fətullayevi erməni adı ilə hesab açıb yalan yaymaqda suçlayıb. "İrəli"nin keçmiş rəhbəri bu barədə öz "Facebook" hesabında yazıb.

Rauf Mardiyev bu gün KİV-də 51 erməninin ölüm xəbərini yayan şəxsin jurnalist Eynulla Fətullayev olduğunu iddia edib. O, Eynulla Fətullayevi @e_abramyan adında saxta twitter hesabı yaradaraq xalqı aldatdığını iddi edib.

Keçmiş "İrəli" rəhbərinin statusunu eynilə təqdim edirik:

"Hər kəsin kədəri, acısı və baş vermiş faciəyə münasibəti, emosiyaları başadüşüləndir. Amma Eynullanın fake Twitter hesabı açaraq erməni jurnalistinin adından dünən 51 erməni hərbiçisinin öldürülməsi xəbərini yayması nə məqsədi güdür? Bu adam cəmiyyəti mi barmağına dolayır, ya insanların hissləri ilə oynayır, like yığır, prosmotr artırır? Twitteri 2 gün istifadə edə hər kəs baxanda bilər ki, @e_abramyan hesabı bu gün yaradılıb.

Başqa bir jurnalist statusunda yazıb, "8 şəhid verdik, amma 51 düşmən öldürdük bu bizim qələbədir". Burda ən faciəvisi odur ki, bəziləri baş verənləri statistikaya, rəqəmlərə çevirir. 8 olmasın, bircə nəfər həyatını itirsə belə bu bizə vurulan və əvəzi veriləbilməyəcək bir faciədir. 51 nəfərə gəlincə, 24 saata bu qədər itki yalnız tam miqyaslı hərbi əməliyyatlar başlayanda əldə edilə bilər. Hər birimiz intiqam istəyirik, amma "51 nəfər erməni öldürdük" fikri ilə özümüzü aldatmayaq. Bu yanlış məlumatdır.

Ínanıram ki, qardaşlarımızın qanı yerdə qalmayacaq."

Mardiyev eyni zamanda statusa aşağıda həmin twitter hesabının görüntülərini də əlavə edib./ölkə/
1186 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu