Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Kürdlər Mosulun şimalında 62 İŞİD terrorçusunu öldürüblər

Mosuldan Türkiyəyə gedən “Kərkuk-Ceyhan” neft boru kəmərinə hücum edən İŞİD terror təşkilatı ilə kürdlərin Peşmərgə qüvvələri arasında şiddətli qarşıdurma baş verib.

İraqın Sumariya telekanalının verdiyi xəbərə görə, qarşıdurmalar Mosulun şimal-qərbində Zimar adlanan bölgədə qeydə alınıb. Bu qarşıdurmada “İslam Dövləti” ən azı 62 itki verərək, geri çəkilib. Öldürülən terrorçuların sıralarında iki təşkilat komandiri də var.

Terrorçular bu həftənin cümə axşamı günü Mosulun şimal qərbində yerləşən iki neft yatağına hücum ediblər.

Hazırda “İslam Dövləti” ilə kürdlərin “Peşmərgə” qüvvələri arasında İraqın Neynəva və Səlahəddin əyalətində dava gedir. Amma Suriyada “İslam Dövləti” ilə kürdlərin “Xalq Müdafiə Bölmələri” (YPG) Hələbin şimal-şərqində və Həsəkə əyalətinin cənub nahiyələrində düyüşürlər./SalamNews/
1090 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.