Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Polislə terroristlər arasında qarşıdurma: 26 ölü

Əfqanıstanın Nuristan şəhərində Taliban terror qruplaşması ilə Əfqanıstan qüvvələri arasında baş verən qarşıdurmalarda 26 adam ölüb.

Nuristan qubernatoru Hafiz Əbdül Kəyyum verdiyi açıqlamada dünən gecə şəhərin Bargimatal mahalında onlarla Taliban yaraqlısının polis nəzarət nöqtələrinə hücum etdiyini, iki tərəf arasında yaranan qarşıdurmanın hələ də davam etdiyini bildirib.

Hafiz Əbdül Talibanla polis arasındakı qarşıdurmada 7 sıravi vətəndaşın və 4 polisin öldüyünü, 15 Taliban üzvünün də öldürüldüyünü açıqlayıb.

Taliban terror qruplaşmasının sözçüsü Zabiullah Mücahid isə Nuristan şəhərindəki qarşıdurmada bir yaraqlının öldüyünü, 10-dan çox polisin öldürüldüyünü iddia edib.
1221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55