Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Şəhidlik şahidliyi

Şəhid. Bu ünvan toplumu oyadır. Hərəkətə gətirir.

Ötən gün hamımız əziz əsgərlərimizin Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda qanları ilə verdiyi şahidliyə şahid olduq.
Onlar öz şəhadətləri ilə şahidlik etdilər. Ana Vətənənin azadlığı üçün qanları ilə şahidlik etdilər.
Uca Allahdan onların Kərbəla şəhidləri ilə məhşur olmalarını diləyirik.
Amma bir neçə nöqtəni vurğulamağı zəruri görürəm:
1) Qarabağ Azərbaycan insanının bir nömrəli gündəm məsələsi olmalıdır - formal deyil, reallıqda;
2) Qarabağın azadlığı mənəviyyatlı və peşəkar ordunun mövcudluğundan keçir;
3) Öz növbəsində mənəviyyat və peşəkarlığın bərqərar olunması - toplumun daxilində ədalətli cəmiyyətin minimal şərtlərinə cavab verən durumun mövcudluğundan, mənəvi dəyərlərin maarifçiliyindən, keyfiyyətli təhsildən və ən əsası - ədalətli məhkəmənin olmasından keçir. Ədalətli məhkəmə olmazsa, oyun qaydaları mövcud olmaz. Oyun qaydaları olmazsa, dövlətin mühüm tərkibi olan mənəviyyatlı və peşəkar ordu qurula bilməz.
4) Bu gün cəbhədə şəhid verməyimiz - toplumun daxilində baş verənlərin inikasıdır. Nəticələrə heyifsilənib, səbəblər üzərində düşünməmək səmərə verməz.

Vətən, başın sağ olsun. Bircə şeyə əminəm ki, inşəallah, Qarabağın azadlığı hər yaşadığımız gündən - bu günün necəliyindən və eləcə də, hər birimizdən asılıdır. Hər kəsin dayağı olan dəyərlərdən və daşıdığı missiyanı doğru yerinə yetirməsindən asılıdır.
Allahdan hər birimizə öz missiyalarımızı dərk etməyi diləyirəm.

Hacı İlqar İbrahimoğlu/deyerler
1337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...