Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

Sərhəddi keçmək istəyən şəxs özünü partlatdı

Rusiya-Ukrayna sərhədində baş verən insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər də yaralanıb

Dünya Rusiya-Ukrayna sərhədində, Sumsk ərazisində yerləşən "Baçevsk" buraxılış məntəqəsində partlayış baş verib. Ans-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, sərhəd xidmətinin iki əməkdaşı Moldavaya məxsus nömrə nişanlı sərnişin avtobusunda gizlənərək keçməyə cəhd edən şəxsi saxlayaraq geri qaytarmaq istəyib.
Ancaq həmin şəxs əlindəki qumbara ilə sərhədçiləri qorxudaraq pasport yoxlanış məntəqəsindən keçməyə cəhd etsə də, qumbara əlində partlayıb. Partlayış nəticəsində o, yerindəcə həlak olub, iki sərhədçi isə ağır yaralanıb.

İlkin məlumatlara görə, sərhəddə fövqəladə vəziyyət elan olunub və sərhəd-nəzarət gücləndirilmiş iş rejiminə keçib.
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:26
Hafiz Hacıyev: