Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Qazax güllə altında: deputat isə xaricdə dincəlir

Ermənilərin intensiv şəkildə atəşkəs rejimini pozması nəticəsində Qazaxda vəziyyət gərginləşib. Yerli sakinlərin bildirdiyinə görə, Qazaxın düşmənlə üzbəüz mövqedə yerləşən kəndləri boşaldılır.
Qazaxda insanların təşvişdə olduğu bir vaxtda Milli Məclisin bu rayondan seçilən deputatı xaricdədir.

Bu barədə deputat özü məlumat verib. Kəndlərin boşaldılmasından xəbərsiz olduğunu deyən deputat narahatçılığa əsas olmadığını qeyd edib:

“Hazırda xaricdəyəm. Amma mütəmadi olaraq Qazaxla əlaqə saxlayıram, orada bir problem yoxdur. Qazax cəbhə xəttində olduğuna görə orada daimi gərginlik olur. Boşaldıldığı iddia olunan Məzən kəndi isə erməni mövqeləri ilə üzbəüzdür, ola bilsin ki, bu gecə olub. Amma məlumat inandırıcı deyil, ola bilməz ki, kənd boşaldılsın”./AzVision/
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu