Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Quşçu Ayrım kəndində atışma gedir

İnsanların bir qismi kənddən çıxarılıb

Xəbər verdiyimiz kimi, son üç-dörd gündə Ermənistan və Azərbaycan Ordusunun silahlı qüvvələri arasında intensiv atışma olur. Müdafiə Nazirliyinin də yaydığı məlumatda qeyd olunduğu kimi, sərhəddə gedən döyüşlərdə şəhidlər vermişik olub. Qazax rayon Quşçu Ayrım kənd sakini Hacıyev Nurunun bu dəqiqələrdə musavat.com-a verdiyi məlumata görə sərhəddə atışma gedir.

Nuru bəy bildirib ki, atışma səhər saatlarından başlayıb.

"Səhər tezdən atışma varıydı. Mən insanları rayon mərkəzinə gətirəndə dayanmışdı. Ancaq indi oğlum zəng edib bildirdi ki, tərəflər yenidən atışmaya başlayıblar".

O daha sonra qeyd edib ki, bu gün axşam saatlarına gözlənən güclü atışma səbəbiylə avqustun 2-də səhər-səhər insanlar rayon mərkəzinə - qohum evlərinə köçürülüblər.

"Kişilər kənddədir. Sadəcə yaşlılar, qadınlar və körpələrin bir qismi Quşçu Ayrım kəndindən çıxarılıb. Çıxmağa imkanı olmayanlarsa hələ də evlərindədirlər. Məzəm kəndindən isə kişiləri çıxmaqla demək olar, insanlar tamamilə çıxarılıb".

Qazax rayon mərkəzində yaşayan insanlar arasında bir məlumat da yayılmışdı ki, Quşçu Ayrım, Məzəm, Abbasbəyli kəndlərinə gediş-gəliş dayandırılıb. Müsahibimiz Nuru bəy bu xəbəri təkzib edib. Deyib ki, sadəcə jurnalistlər postdan buraxılmır.

Nuru Hacıyev onu da bildirib ki, dünən Qazax rayon icra hakimiyyətinin rəsmiləri əraziyə baş çəkib cəbhədəki vəziyyətlə də maraqlanıblar.

Qeyd edək ki, cəbhədən bu kimi dünən və sırağa gün də yayılmışdı. Ardınca Qazax rayon icra hakiminin müavini və şəhər sakinləri tərəfindən təkzib edilmişdi./Musavat/
1172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı