Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Terrorçuların "Şəriət Məhkəməsi” binasını bombaladı, 48 ölü

İraq helikopterləri “İslam Dövləti”nin Şəriət Məhkəməsi” binasını bombaladı, 48 ölü
Ölkənin şərqində əl-Ənbar əyalətinin ər-Rəmadi şəhərində “İslam Dövləti”inin terrorçuları pusquya düşüb və onlardan 5-i öldürülüb

İraq ordusunun hava qüvvələri Diyala əyalətiin əs-Sədiyyə adlanan bölgəsində “İslam Dövləti” terror təşkilatının “Şəriət Məhkəməsi” binasını bombalayıb. İnterAz-ın Sumariya telekanalına istinadla verdiyi xəbərə görə, İraq ordusunun bu əməliyyatında 48 terrorçu öldürülüb və onların 17 texnikası tamamilə sıradan çıxarılıb.

İraq ordusu digər əyalətlərdə də əməliyyatlar həyata keçirib.

Ölkənin şərqində əl-Ənbar əyalətinin ər-Rəmadi şəhərində “İslam Dövləti”inin terrorçuları pusquya düşüb və onlardan 5-i öldürülüb. Kərkükün cənubunda Bələd qəzasında isə bir kamikadze təhlükəsizlik qüvvələrinin və könüllülərin toplaşdığı məkana hücum edib. Partlayış nəticəsində İraq ordusuna qatılmaq istəyən 5 könüllü həlak olub.

Qeyd edək ki, İraq ordusu hazırda ölkənin əl-Ənbar, Diyala, Neynəva və Səlahəddin əyalətlərində “İslam Dövləti” terror təşkilatı və digər qruplaşmalara qarşı intensiv hərbi əməliyyatlar həyata keçirir.
1029 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 23:39