Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Suriya ordusunun uğurları davam edir

Suriya ordusu Hələbdə terrorçuların 26 texnikasını vurub
Suriya hökumət ordusu Hələbin qərbində döyüşlərin getdiyi bölgələri nəzarətə alıb

Suriya hökumət ordusu Hələbin qərbində döyüşlərin getdiyi bölgələri nəzarətə alıb.

İnterAz-ın SANA agentliyinə istinadla verdiyi xəbərə görə, Suriya ordusu Hələbin Xanul Əsəl və Qubtanil-Cəbəl bölgəsində terrorçuların 26 texnikasını vuraraq sıradan çıxarıb. Məlumata əsasən, qarşıdurmalar Dəməşqətrafı, Dirazzur və Dəra əyalətində də davam edib.

Livanla sərhəddə yerləşən əl-Qələmun yüksəkliklərinin əl-Cubbə adlanan bölgəsində yüzdən çox silahlı “Hizbullah”ın pusqusuna düşüb. Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu burada silahlıların onlarla üzvünün öldürüldüyünü yazıb.

İdlibdə isə “ən-Nusra Cəbhəsi”nin əyalət üzrə lideri və qazisi Yaqub əl-Ömər digər qruplaşmalar tərəfindən öldürülüb.

Hazırda Suriyada gedən qarşıdurmaların ən şiddətlisi Dəməşqin Şərqi-Quta bölgəsində, xüsusilə də, Duma bölgəsində davam edir.
1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber