Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

İki azərbaycanlı iş adamı Ukraynanın Luqansk vilayətində itkin düşüb

Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərində Azərbaycan diasporunun iki üzvü, iş adamları - 1964-cü il təvəllüdlü Cahangir Əliyev və 1974-cü il təvəllüdlü İkram Ədilov itkin düşüblər.

İtkin düşən İ. Ədilovun qardaşı Rasim Ədilov bildirib ki, hər iki şəxs iyulun 30-u biznesləri ilə əlaqədar Rusiya ilə sərhəd Krasnodon şəhərinə gediblər: “Eşitdik ki, həmin gün Krasnodon şəhəri separatçılar tərəfindən bombalanıb. Dərhal onlarla əlaqə saxladıq, lakin heç birinə zəng çatmadı. O gündən bəri hər ikisinin telefonu bağlıdır”.

Qeyd edək ki, Ukrayna vətəndaşları olan C. Əliyev Azərbaycanın Astara, İ. Ədilov isə Tərtər rayonundandır./apa/
1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.17, 23:30
GÖZƏL DUA - VİDEO
17.10.17, 22:28
Lerikə güclü qar yağıb
16.10.17, 20:23