Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Sumqayıtda şəhid dəfn olundu

Ötən gecə cəbhə xəttində düşmənin hücumunu dəf edərkən şəhid olan 1995-ci il təvəllüdlü Hüseyn Abdinov Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Dəfndə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, deputatlar Qənirə Paşayeva, Musa Qasımlı, Eldar İbrahimov, Hüseynbala Mirələmov, hüquq-mühafizə orqanların əməkdaşları, şəhidin qohumları və ziyalılar iştirak ediblər. Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, bu gecə saat 03:00 radələrindən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Milli Ordusunun mövqeyləri atəşə tutulub. Ermənilər Ağdamın işğal altında olan Güllücə kəndi ərazisindən mövqeylərimizi iriçaplı silahlardan intensiv olaraq atəşə tutublar. Atışma saat 05:00-a qədər davam edib.
Milli Ordumuzun əsgərləri düşmən tərəfi cavab atəşilə susdura bilib.

Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış Hüseyn Abdinov cəbhə xəttində düşmənin hücumunu dəf edərkən ağır yaralanaraq hospitala yerləşdirilib. Həkimlərin səylərinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.

Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.

Həlak olan hərbi qulluqçular:
- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu./ans/
1205 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat