Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2014

Daha iki şəhidimiz Biləsuvarda dəfn olundu - Foto

Cəbhə xəttində düşmənin hücumunu dəf edərkən şəhid olmuş gizirlər - 27 yaşlı Rahil Əfsər oğlu Hüseynov və həmkəndlisi, 34 yaşlı Pərvin Səlahəddin oğlu Əliyev doğulduqları Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn edilib.

CTV məlumat verir ki, dəfn mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin qohumları, ictimaiyyət nümayəndələri və şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri iştirak ediblər.

Üçrəngli bayrağımıza bürünmüş hər iki şəhidin nəşi evlərinə, oradan isə kənd qəbiristanlığına aparılıb, ruhlarına dualar oxunub. Yaylım atəşindən sonra şəhidlər torpağa tapşırılıb.

Qeyd edək ki, R.Hüseynov nişanlı, digər hərbçi P.Əliyev isə ailəli olub, iki övladı var.

Allah rəhmət eləsin!


1268 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25