Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2014

ABŞ İrana qarşı tətbiq edilən sanksiyaların bir qismini ləğv edib

ABŞ İrana qarşı əvvəl tətbiq edilən sanksiyaların bir qismini ləğv edib.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, müvafiq qərar İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair danışıqlar prosesində əldə olunan irəliləyişlə bağlı qəbul edilib.

Müvafiq sənədləri ABŞ federal registr dərc edib.

Qərara əsasən, İran Milli Neft Şirkətindən və İran Miili Tanker Şirkətindən neft-kimya məhsullarının alışına qoyulan qadağa aradan götürülüb.

Bundan başqa, amerikalılara İranın mülki aviasiyası üçün ehtiyat hissələri tədarük etməyə və bu işdə Iran Аir şirkəti ilə əməkdaşlıq etməyə icazə verilib./apa/
1202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı