Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2014

Şəhidin həyat yoldaşı şəhid haqda danışdı

Dünən torpağa tapşırılan gizir İsa Almazovun həyat yoldaşı Sədaqət Almazova musavat.com-a danışıb.

Təzə tikilmiş evlərində bircə gün belə qala bilmədiklərini deyən, xanım hələ də evin tikintisi üçün aldıqları krediti ödədiklərini bildirdi:

“Onunla sevib evlənməmişdik, amma indi ölürəm ondan ötrü... Eyni kənddə yaşayırdıq, bəyənmişdi məni. Çox gözəl insan idi, bir sözümü iki etmirdi. Balalarını o qədər çox istəyirdi ki... Hər toyda, xoş gündə mənə təzə paltar alırdı, deyirdi heç kəsdən geri qalma. İsa evi tikmək üçün bankdan bilmirəm ya 9, ya da 10 min manat kredit pul götürmüşdü. Ayda 550 manat ödəyirdik. İmkansızlıqdan evimizi də gec tikdik. Hərbiçi maaşı ilə dolanırdıq, nə edək?! 4 uşağa baxmaq asan deyil. Amma İsa elə adam idi ki, gecə ilə az da olsa pulu gətirib balalarına çatdırıb, sonra gedirdi”.

Ölümündən yarım saat əvvəl yoldaşı ilə danışdığını deyən, xanımı İsanın ona yoxlama olduğunu daha sonra zəng edəcəyini bildirdiyini dedi.

“İstəyirdi tezcə evimizə köçək. Amma qurban olduğum bir gecə də evində yatmadı, öldü. Bir də oğlumuza sünnət toyu etmək istəyirdi, onu da görmədi”.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsa Ziyad oğlu, Silahlı Qüvvələrin giziri iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Allah rəhmət eləsin!

 

1078 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber