Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2013

Azərbaycanlını küçənin ortasında döyüb öldürdü (VİDEO)

Rus polis mayoru azərbaycanlını küçənin ortasında döyüb öldürdü

Rusiyanın paytaxtında adi mübahisə yaşlı kişinin ölümü ilə nəticələnib. Ans-in lifenews.ru-ya istinadən verdiyi məlumata görə, mübahisə "ВАЗ 2107"nin sürücüsünün gümüşü rəngli xarici avtomobili ötməsi ilə başlayıb. Dava onlarla insanın gözü qarşısında baş verib. Slavyan mənşəli cüssəli kişi 59 yaşlı azərbaycanlı İfraim Liiviyevi döyməyə başlayıb.

Şahidlərin sözlərinə görə, mayor rütbəli polisin yumruqlayıb təpikləməklə ürəyi soyumayıb, yaşlı kişinin başını səkinin kənarına çırpıb. 10 ildən artıqdı Rusiyada yaşayan İfraim heç bir müqavimət göstərməyib və hətta onu döyəndən üzr də istəyib. Amma onun üzrxahlığı gözü qızmış polisə təsir etməyib və arıq, cılız cüssəli kişini canı çıxana qədər döyüb.

Azərbaycanlının cansız bədəni bir saat yolun ortasında uzanmış vəziyyətdə qalıb. Bir müddət sonra məlum olub ki, qatil polis mayoru Dmitri Verijnikovdur. O, özünə haqq qazandırmaq üçün azərbaycanlının bıçaqla hücum etdiyini bildirib. Şahidlər isə zərərçəkmişin əlində bıçaq olmadığını, həmin bıçağın sonradan İfraimin avtomobilinin altına sonradan atıldığını deyirlər.


2391 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı