Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2014

Ermənilər dinc sakini güllələdi

Dünən səhər saatlarında Qazaxın Qaymaqlı kənd sakini Aslanov Çingiz Mədət oğlu ermənilərin açdığı atəş nəticəsində ağır yaralanıb.

Kənd sakininin vəziyyəti ağırdır. Yaralı Qazax rayon Diaqnostika mərkəzinə aparılıb.

Yaralanan kənd sakininin həyat yoldaşının verdiyi məlumata görə, ermənilər günün günorta çağı atəş açıb: “Yoldaşım qonşu qapıda fəhlə işliyirdi. Hər gün olduğu kimi dünən səhər evdən çıxdı. Amma günortaya yaxın xəbər gəldi ki, Çingiz yaralanıb. Biz də getdik xəstəxanaya. Vəziyyəti ağır olduğuna görə xəstəxabadan Diaqnostika mərkəzinə aparıblar. İndi də vəziyyəti pisdir. Arada gedib dəyirik”.

Qeyd edək ki, belə hadisə ilk dəfə deyil ki, baş verir. Kənd sakinlərinin sözlərinə görə, erməni mövqeləri yüksəklikdə yerləşdiyinə görə, intensiv olaraq Qazaxın Qaymaqlı, Məzəm, Kəmərli, Quşçu Ayrım kəndləri atəşə tutulur./axar/
1141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber