Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2014

Tərtər cəbhəsində 40-dək erməni xüsusi təyinatlısını məhv edilib

Avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı bölmələri arasında baş vermiş şiddətli toqquşmanın təfərrüatları bəlli olub.

Ərazinin müdafiəsinə cavabdeh olan hərbçilərin verdikləri məlumata görə, avqustun 2-nə keçən gecə Azərbaycan hərbçilərinin Nəmirli kəndi istiqamətində həyata keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib.

Belə ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Nəmirli istiqamətində - səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar.

Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Döyüşdə Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib.

Hərbçilərin sözlərinə görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur./apa/
1340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.12.16, 08:15
03