Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2014

Qazaxda bir ailənin 4 üzvü Kürdə batıb, onlardan 2-nin meyiti tapılıb

Kürün Qazax rayonu ərazisindən keçən hissəsində 4 nəfər batıb.

Qazax Rayon İcra Hakimiyyəti Aparatından verilən məlumata görə, hadisə rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib.

Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür sayının kənarına gedib. Onun oğlu, 1998-ci il təvəllüdlü Rafiq Civişov ehtiyatsızlıqdan çayda batıb.

Anası, 1969-cu il təvəllüdlü Pərvanə Civişova onu xilas etmək üçün suya girib. Onun ardınca Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişovada özlərini suya atıblar.

Hər 4 şəxs Kür çayında batıb. Onları xilas etmək mümkün olmayıb.

Əraziyə gələn FHN-in “ARAN” Dalğıc Axtarış qrupu Pərvanə Civişovanın və onun oğlunun meyitini sudan çıxarıblar.

İki qızın axtarışları davam edir./apa/
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38