Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2014

Ermənilər 15 yaşlı qızı yaraladı

Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb

Ermənistan əsgərləri Şınıxda 15 yaşlı məktəbli qızı yaralayıb.Ermənistan ordusu təmas xəttinin digər istiqamətləri ilə yanaşı Gədəbəy istiqamətində də ordumuzun mövqelərini və yaşayış məntəqələrini aramsız olaraq atəşə tutmaqdadır.

Bu gün Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, IX sinif şagirdi Şəlalə Mais qızı Tağıyeva həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.

Ş.Tağıyevanın valideynlərinin verdiyi məlumata görə, erməni gülləsi 15 yaşlı qızın ayağından dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ona tibbi yardım edilib. Hazırda yaralı xəstəxanadadır.

Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun “Sümüklü” dağındakı mövqelərindən görünən ərazidə yaşayır.

Kənd sakinlərinin bildirdiyinə görə, ermənilər neçə gündür ki, kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri müntəzəm olaraq atəşə tutur./virtualaz/
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber