Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2014

Şamaxıda 17 yaşlı oğlan anasını qətlə yetirib

Şamaxı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə ötən gecə Şamaxı şəhərinin Hacı Məmmədov küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. 1997-ci il təvəllüdlü Nağıyev Mahmud Ramiz oğlu anası, 1975-ci il təvəllüdlü Nağıyeva Pərvanə Ataxan qızına aralarında şəxsi münasibətlər zəminində baş verən dava zamanı çoxsaylı bıçaq xəsarətləri yetirib. Bəbənin müxtəlif nahiyələrindən 10 bıçaq xəsarəti alan Pərvanə Eyvazova hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Mahmud Nağıyev tutularaq istintaqa təhvil verilib. 17 yaşlı oğlanın anasını öldürməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. İlkin məlumata görə həyat yoldaşından ayrılan Pərvanə Nağıyeva oğlu tərəfindən qısqanclıq səbəbindən bıçaqlanıb.

Ramiz Nağıyev qadının yeganə övladıdır. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/
1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP