Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2013

Rusiya ilə Gürcüstan arasındakı buzlar əriyir

Noyabrın 10-dan Gürcüstan son 7 ildə ilk dəfə Rusiyaya sitrus meyvələrini ixrac etməyə başlayacaq

Gürcüstanda noyabrın 2-dən sitrus meyvələrinin yığımına start verilib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu il 100 min tondan çox məhsul yığmaq nəzərdə tutulub. Qeyd edək ki, keçən il bu göstərici 2 dəfə az olub.

Gürcüstanda sitrus meyvələrinin yığımının 80 faizini təmin edən Acarıstan muxtar respublikasının kənd təsərrüfatı naziri Zaur Putkaradze jurnalistlərə açıqlamasında bildirib ki, bu il ümumilikdə 110 min ton mandarin, portağal və limon yığmaq planlaşdırılıb. “Sitrus meyvələrinin ixracı təxminən noyabrın 10-dan başlanacaq”, deyə Zaur Putkaradze bildirib. O qeyd edib ki, sitrus meyvələrinin ilk partiyaları son 7 ildə ilk dəfə olaraq Rusiyaya da göndəriləcək.

Nazirin sözlərinə görə, Rusiyadan başqa Gürcüstanın sitrus meyvələri həmçinin Azərbaycan, Ukrayna, Belarus, Moldova, Ermənistan və Orta Asiyaya ixrac ediləcək.
1871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı