Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2014

“Düşmənlə üz-üzə dayananların hamısı kasıb-kusubun övladlarıdır”

Mustafa Hacıbəyli: “Məmurlar övladlarını təhsil və səhhət bəhanəsi ilə hərbi xidmətdən yayındırırlar”

Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli Moderator.az-a açıqlamasında ön xətdə xidmət edən, vətəni, bayrağı, torpağı həyatı bahasına qoruyan əsgərlərin hamısının kasıb ailələrin övladı olduğunu, məmurların isə öz övladlarını müxtəlif bəhanələrlə hərbi xidnətdən yayındırdığına diqqət çəkib:
“Bu dövlətin cəfasını çəkən başqalarıdır, səfasını görən isə başqaları. Cəbhə xəttində düşmənlə üz-üzə dayananların hamısı kasıb-kusubun övladlarıdır. Həyatını riskə qoyan, şəhid olan da onlardır. Məmurlar, deputatlar öz övladlarını təhsil və səhhət bəhanəsi ilə hərbi xidmətdən yayındırırlar. Onlar xalqdan ayrı düşüblər, öz üzərlərinə düşəni də etmirlər. Yenə 15 nəfərimiz şəhid oldu, amma dövlətimiz nə cəbhə xəttində, nə də diplomatik sahədə ermənilərə layiq cavab verə bilmədi”.
1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı