Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2014

"Bir JEK müdirinin oğlunun belə şəhid olduğu faktı yoxdur"

“Kasıb övladları hakimiyyətin siyasi oyunlarına qurban gedir”
Gözəl Bayramlı: “Övladını hərbi xidmətdən yayındıran məmurların adları ictimaiyyətə bəlli olmalıdır”

Son günlər cəbhə xəttində baş verən toqquşmalar nəticəsində şəhid olan və yaralınanan hərbçilər arasında məmur övladlarının olmaması diqqət çəkir. Bununla bağlı Moderator.az-a açıqlama verən AXCP sədrinin müavini Gözəl Bayramlı hesab edir ki, cəbhədə həlak olanlar arasında bir nəfər də olsun məmur övladının olmaması hakimiyyətin Qarabağ məsələsində manipulyasiya etdiyini göstərir:
“Yaralanan və şəhid olan əsgərlərimiz arasında bir nəfər də məmur övladının olmaması bu rejimin Qarabağ kartı üzərində manipuliyasiya siyasətinin ən bariz nümunəsidir. Ölkədə hər hansı etiraz başlayanda hakimiyyət və onun yandaşlarının ən çox istifadə etdikləri arqument odur ki, bizim Qarabağ boyda dərdimiz var. Qarabağ boyda dərdi olan ölkənin dövlət başçısı bu ağır günlərdə istirahətdə olarmı? Müdafiə naziri Bodrumdakı istirahətin yarımçıq qoyub gəlib. Hansı istirahətdən söhbət gedə bilər? Televiziyaları əyləncə içində, şou-biznes əhli öz işində. Bunların "mənəviyyatı" budur. Bunların Qarabağa verdiyi "dəyər" budur. Bir JEK müdirinin oğlunun belə şəhid olduğu faktı yoxdur. Kasıbın övladları hakimiyyətin siyasi oyunlarının qurbanı olur, neçə-neçə analar gözüyaşlı qalır.
G.Bayramlının fikrincə, hakimiyyətin ali eşalonunda təmsil olunanlar Qarabağdan danışmaq haqlarını itiriblər:
“Bu rejim və onun başında oturanların Qarabağdan danışmağa heç bir mənəvi haqqı yoxdur. Onlara bu ölkənin torpağı yox, sərvətləri lazımdır, onu da talan ediblər.
Şuşanın icra başçısı 5 milyon manata villa alır. Qubanın icra başçısının oğlu ölkə Şəhidlərinə ağladığı günlərdə əyləncə mərkəzlərində əlində avtomat at oynadır.
Məmur övladları ilə bağlı məsələnin qabardılmasının doğru olmadığını deyənlərin arqumentləri inandırcı deyil. Bəyəm vətənin torpağı kasıbın övladları üçündür? Bu məsələ hələ bundan sonra daha ciddi müzakirə olunmalıdır. Övladını hərbi xidmətdən yayındıran, ön xətdə olmasına razı olmayan məmurların adları ictimaiyyətə bəlli olmalıdır. Belələri boykot olunmalıdır. Vətən hamı üçündür, onun torpağını qorumaq da hamının görəvidir. Ya bu prinsipə əməl edəcəksən, ya da bu xalqa rəhbərlik etmək iddiasından əl çəkəcəksən...”
1262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber