Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2014

Azərbaycanda 15 nəfər bədbəxt hadisənin qurbanı oldu

Hadisələrin əksəriyyətini suda boğulmalar təşkil edir

İstirahət günləri Azərbaycanın müxtəlif yerlərində ölümlə nəticələnən xeyli bədbəxt hadisə olub. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, şənbə və bazar günləri bu kimi hadisələr ümumilikdə 15 nəfərin ölümünə səbəb olub.

Ölümlə nəticələnən bədbəxt hadisələrin əksəriyyəti bölgələrdə qeydə alınıb.


- Avqustun 3-də Hacıqabul rayon sakini Əlizaman Hüseynov Şüvəlan çimərliyində çimərkən suda boğulub. Onun meyiti dənizdən çıxarılıb.


- Avqustun 2-də Gəncə şəhər sakini Arzu Cəlilov dozadan artıq narkotik maddə qəbul etdiyi üçün xəstəxanaya gətirilib və orada ölüb.

- Ağcabədi rayonu Şərəfxanlı kəndində yaşayan azyaşlı Əmrah Behbudovun üstünə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilmiş uşağın həyatını xilas etmək mümkün olmayıb.

- Avqustun 3-də Göyçay rayonu Cəyirli kəndinin ərazisində Kürdşaban kənd sakini Şamil Allahverdiyev ehtiyatsızlıqdan Şirvan kanalına yıxılıb və suda boğulub. Onun meyiti Şirvan kanalının Mollahacılı kəndi ərazisindən keçən hissəsində sudan çıxarılıb.

- Avqustun 3-də Lənkəran rayonu Sovu kəndinin ərazisində Şağlaküçə kənd sakini Rəvan Muradov və Lerik rayon sakini Azər Muradov Lənkəran çayında çimərkən suda boğulub. Onların meyitləri sudan çıxarılıb.

- Avqustun 2-də Binəqədi rayon sakini, azyaşlı Mikayıl Mikayılov yaşadığı evin həyətində olan işləməyən vitrin soyuducunun içinə girib və orada hava çatışmamazlığından ölüb.

- İyulun 17-də Abşeron rayonu Novxanı kəndinin ərazisində yerləşən evlərdən birində, orada fəhlə işləyən Salyan rayon sakini Orxan Rzayev yıxılaraq kəllə-beyin xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş O.Rzayev avqustun 2-də ölüb.

- Avqustun 2-də Qazax rayonu Çaylı kənd sakini Pərvanə Cibişova, onun qızları Aytən, Gülmira və oğlu Rafiq Aslanbəyli kəndinin ərazisindən keçən Kür çayına yıxılaraq boğulublar.

- Avqustun 2-də Yevlax rayonu Hacımahmudlu kəndinin ərazisində rayon sakini Şəfayət Məmmədov idarə etdiyi Yol İstismar İdarəsinə məxsus “Qreyder” markalı traktorla yol təmiri işləri apararkən kənd sakini Qabil Abdullayev traktorun altına yıxılıb. Fəhlə aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

- Avqustun 2-də Neftçala rayonu Xıllı qəsəbə sakini Samit Əhmədov Kür çayında çimərkən boğulub. Onun meyitinin tapılması istiqamətində tədbirlər davam etdirilir.

- Avqustun 2-də Şəki rayon sakini Fikrət Hüseynov evində pilləkəndən yıxılaraq bel nahiyəsindən xəsarət alıb. O, xəstəxanada vəfat edib.
1197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10
Hərbi Dəniz