Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2014

İraq aviasiyası İŞİD-ə qarşı döyüşən kürdlərə dəstək verəcək

İraq ordusu İŞİD-ə qarşı döyüşən kürd peşmərgə qüvvələrinə havadan dəstək verəcək.

BBC-nin verdiyi məlumata görə, müvafiq qərarı baş nazir Nuri əl-Maliki qəbul edib.

Hələlik kürd liderləri bu qərara münasibət bildirməyib.

Qeyd edək ki, son günlərdə Zumar şəhəri, kürdlərin nəzarətində olan iki neft yatağı və Suriya ilə sərhəddə yerləşən Sinjar şəhərinin İŞİD-in nəzarətinə keçməsinə dair məlumat yayıb. Kürd mətbuatı isə xəbər yayıb ki, peşmərgə qüvvələri artıq Zumar şəhərini azad ediblər.
1127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:31