Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

Qəzzada növbəti 3 günlük atəşkəs əldə olunub

İşğalçı İsrail Qəzza zolağında 72 saatlıq atəşkəsin elan olunmasına razılığını verib.

“Röyters”in verdiyi xəbərə görə, tərəflər arasında əldə olunmuş yeni atəşkəs rejimi bu gün Bakı vaxtı ilə 14.00-dan qüvvəyə minəcək.

Qeyd edək ki, bundan əvvəl, avqustun 1-də Qəzza zolağında 3 günlük atəşkəs əldə olunmuşdu, lakin razılaşma işğalçı İsrail ordusu tərəfindən pozulmuşdu.

Bundan başqa, bu günlərdə Misirin təşəbbüsü əsasında hər iki ölkənin nümayəndə heyətlərinin Qahirədə görüşü gözlənilir. Görüşdə geniş əhatəli atəşkəs sazişi çərçivəsində qarşıdurmanın dərhal dayandırılması məsələsi müzakirə olunacaq.
972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42
Suriya