Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

“Sanksiyalar kifayət etməyib”

Vaşinqton etriraf etdi: “Sanksiyalar kifayət etməyib”

“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları hələ ki Moskvanın siyasətində dəyişikliklərə gətirib çıxarmayıb”.
İTAR-TASS xəbər agentliyinin verdiyi məlumata görə, bu sözləri Ağ Evin mətbuat katibi Coş Ernest keçirdiyi brifinqdə deyib.

“Biz istəyərdik ki, Rusiya Ukraynada stabilliyi pozan hərəkətlərdə iştirak etməsin. Biz istəyərdik ki, Rusiya etirazçılara olan təsirdən istifadə edərək onları atəşin dayandırılmasına məcbur etsin. Biz istəyərdik ki, ruslar ağır silahların daşınmasının qarşısını almaq üçün lazımı addımlara təşəbbüs etsin. Amma bunların heç birini görmədik”, - C.Ernest deyib.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Barak Obama ilə onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon söhbəti olub. Məlumata görə, prezidentlər sanksiyaların hər iki ölkənin maraqlarına uyğun olmadığını vurğulayıblar.
Bununla belə, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirmək niyyətində olduğunu gizlətmirlər.
1126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38