Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

Ukrayna ordusu mühasirəyə düşdü: 11 yaralı

Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskinin müavini Boris Filatov Ali Radanın deputatları Oleq Lyaşko və Kiyev şəhər dumasının deputatı İqor Mosiyçuka qarşı sərt ittiham irəli sürüb.

Filatov Ukraynanın könüllü “Azov” və “Şaxtyorsk” batalyonlarının Donetsk yaxınlığında məhz həmin iki deputatın günahı üzündən mühasirəyə düşdüklərini iddia edib.

“Lyaçko və Mosiyçuk xəbər verdilər ki, “Azov” və “Şaxtyorsk” Donetskə hücum edir. Sevindiniz, alçaqlar? Siz yazıqlar bilmirsiz ki, könüllü batalyonlar ordunun dəstəyi olmadan bu cür əməliyyatları keçirmir və bu barədə Feysbukda qışqırmırlar? Hazırda uşaqlar mühasirəyə düşüb. 11 nəfər də yaralanıb. Kolomoyskinin batalyonu “Dnepr” onların mühasirədən çıxarılmasına çalışır. Alçaqlar, sizi tutsam öz əllərimlə öldürəcəm”, - deyə Filatov bildirib.
1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək