Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

İŞİD terrorçularından qorxulu bəyanat

İraq İslam Şam Dövləti terrorçuları yenidən qorxulu bəyanat verib. İŞİD Mosulda ələ keçirdiyi şəhərin ən böyük su bəndini partladacağını bəyan edib.

Su bəndinin partladılması nəticəsində 1 milyondan çox insanın həyatına son qoyulacağı bildirilir. İŞİD uzun müddətdir ki, Bağdada girə bilmir. Ona görə də terrorçular istəyir ki, su bəndini partlatmaqla paytaxtı su altında qoysun.

Təşvişə düşən əhali artıq Bağdaddan və Mosuldan qaçmağa başlayıb. Şəhərlərin çıxışlarında uzun növbələr yaranıb.

Qeyd edək ki, İŞİD İraqın bir necə böyük şəhərini ələ keçirib. Lakin Bağdadda nəzarəti əla ala bilmir. İŞİD-ə qarşı ordu qüvvələri ilə yanaşı, peşmərgələr də döyüşür. Ötən gün peşmərgələrlə terrorçular arasında baş vermiş döyüşlərdə 120 yaraqlı öldürülüb.
1205 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15