Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

Putin və Medvedyev Krıma gedir

Gələn həftə Rusiya hökuməti tam tərkibdə - Prezident, baş nazir, Nazirlər kabinetinin üzvləri, deputatlar Krıma səfər edəcək.

“RBK” telekanalı hökumətdəki mənbəyə istinadən xəbər verir.

Rusiya Dövlət Dumasının depuatları avqustun 12-də Krıma gələrək burada sakinlərlə görüşəcək, onların şikayət və təkliflərini dinləyəcək.

Yarımadada ən əsas tədbir avqustun 14-ü keçiriləcək. Belə ki, məhz həmin gün Yalta şəhərində Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevin iştirakı ilə Rusiya Dövlət Dumasının iclası keçiriləcək./AzVision/
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24