Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

İngilis nazir Qəzzaya görə istefa verdi

İngiltərənin ilk müsəlman qadın naziri ölkəsinin Qəzza ilə bağlı yürütdüyü siyasətə etiraz edərək istefa verib. Barones Varsi istefasını tvitter vasitəsilə bildirib: “Dərin kədər hiss ilə bu sabah baş nazirə istefamı təqdim etdim. Hökumətin Qəzza siyasətini artıq dəstəkləyə bilmərəm”.
Qeyd edək ki, İsrailə daha bir zərbə isə İspaniyadan gəlib. Belə ki, bu ölkə Qəzzaya hücumla bağlı İsrailə silah satışını dayandırdığını açıqlayıb. İspaniya hökuməti sentyabrda bu qərarın uzadılıb-uzadılmayacağına qərar verəcək. Bu ölkə ötən il İsrailə silah satışında 3,6 milyon avro gəlir əldə etmişdi./qafqazinfo/
996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:14