Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

Rusiya hava məkanını Avropa üçün bağlayır

Rusiya hökuməti Avropanın nəhəng aviaşirkətlərinin istifadə etdiyi Transsibir hava məkanını bağlamağa hazırlaşır.

Bu barədə Rusiyanın “Vedomosti” qəzeti məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı Rusiyanın Nəqliyyat və Xarici İşlər Nazirliyi səviyyəsində məsləhətləşmələr aparılır.

Rusiyanın bu addımı Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalara cavab kimi qiymətləndirilir. Bu sanksiyalardan sonra Avropa biznesi də ciddi ziyan çəkəcək. Transsibir hava məkanından “Lufthansa”, “British Airways”, “Air France” kimi nəhəng şirkətlər Avropadan Şərqi Asiyaya uçuşlar həyata keçirirlər. Avropalıların Rusiyanın bu sanksiyadan sonra düşəcəyi ziyanın məbləği milyardlarla avro ilə ölçülür.

Rusiyanın “Aeroflot” aviaşirkəti də ciddi ziyana düşəcək. Şirkət Transsibir dəhlizinin istifadəsinə görə, ildə 300 milyon dollar alırdı.
1001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP