Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

Toni Bleyerin baldızı: Qəzzada olanlar Allahın ədalətinə inanır

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin baldızı Louren But İslam dinini qəbul etməsinin səbəblərindən danışıb.

L.But Fələstin və Qəzzaya səfərlərinin onun müsəlman olmasına böyük təsir göstərdiyini deyib. Qadın İsrailin Fələstinə qarşı etdiyi vəhşiliklərə də toxunub. L.But T.Bleyeri məsuliyyətsizlikdə ittiham edib.

L.But ABŞ-ın İsraili silahlandırdığını deyib. O bildirib ki, ABŞ-ın İsraili qınamasında heç bir səmimiyyət yoxdur. L.But ölkəsi İngiltərənin də İsraillə əldə etdiyi hərbi razılaşmaları nəzərdən keçirəcəyi haqda yazılan xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, İngiltərə İsraillə silah razılaşmalarını ləğv etməyəcək.

Qəzzada baş verənlərə etiraz edən L.But müharibənin BMT təhlükəsizlik qüvvələrinin müdaxiləsi və İsrailə qarşı tətbiq ediləcək sanksiyalarla başa çatacağını deyib.

L.But Qəzza xalqının Allahın ədalətinə inandığını ifadə edib: “Qəzzada olanlar Allahın ədalətinə inanır. Öldürülən günahsız insanlar şəhid olur. Ancaq yaralanan uşaqlar, yaşlılar var. Bu qədər günahsız insan əziyyət çəkir, bunun məsuliyyət yükü bizim çiyinlərimizdədir”.

2008-ci ildən bu yana bir neçə dəfə Qəzzaya yardım aparan L.But yenə də Fələstinə gedəcəyini deyib: “Gələn həftə və ya ən qısa zamanda həmin əzabkeş insanların yanında olmaq və onlara kömək etmək üçün Qəzzaya getmək istəyirəm. İnşallah, Qəzza yenidən inşa ediləcək və çox gözəl bir yer olacaq”.

4 il əvvəl müsəlman olmasında Fələstin və Qəzzaya səfərlərinin böyük təsiri olduğunu deyən L.But fələstinlilərin cəsarətindən ilham aldığını vurğulayıb: “Orada gördüklərim həyatda olmağımın səbəbini düşünməyimə səbəb oldu. Mənə bunu öyrətdiyi üçün Fələstin xalqına təşəkkür edirəm”.

L.But bacısının əri Toni Bleyeri vəzifəsini yerinə yetirməməkdə günahlandırıb: “Toni Bleyer bəlkə də bu dəqiqə Baham adalarında tətildədir. Onun Fələstin xalqına, qadınlarına, uşaqlarına heç bir faydası yoxdur. Əgər Bleyeri tapsanız, onu axtardığımı deyərsiniz”.
1087 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı