Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

Cəbhəçi gəncin “cinayət”i

Deyilənə görə 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsi imzalanıb. Amma hələ ki, atəşin bir gün də dayandığını görən olmayıb. Hər gün eşidirik ki, atəşkəs rejimi 80, 100, 120 dəfə pozulub. Yəni, biz bu atəşkəsin nə demək olduğunu, bu müqavilənin hansı gücə malik olduğunu, ümumiyyətlə bu atəşkəsin bizə nə verdiyini görə bilmədik. Bircə onu gördük ki, bu “sehrli müqavilə” gənc insanlarımızın canını almağa yarayır.
Sonuncu dəfə atəşkəsin pozulması isə, rəsmi etirflara görə 16 əsgərimizin şəhid olması ilə yekunlaşdı. (qeyri-rəsmi məlumata görə itkilər 3-4 dəfə artıq olub). Hətta bu pozulmanı “4 günlük müharibə” də adlandırdılar. Ancaq nə ali baş komandanın xalqa müraciətini, nə müdafiə nazirinin səfərbərlik xəbərini, nə də rəsmi şəkildə “müharibə başladı” mesajını eşitmədik. Görünür, hakimiyyətimizin özü kimi, müharibəsi də analoqsuzdur.
Ən dəhşətli məqam ondan ibarətdir ki, erməninin öldürdüyü əsgərimizin qisası, bu ölümə etiraz edən gəncdən alınır. İki gün ərzində 16 əsgərin şəhid olması xəbəri hər bir vicdanlı vətəndaşı narahat edir və buna qarşı müxtəlif formalarda etirazlar səslənidirilir. Bəzi adamlar bu ölümlərə münasibətini yazmaqla, bəziləri müxtəlif “flash mob”lar keçirməklə, bəziləri də kütləvi aksiya təşkil etməklə bildirir.
AXCP gənclər komitəsinin üzvü Ruslan Nəsirli də şəhid olan həmyaşıdlarının qisasını tələb etdi və ali baş komandandan baş verənlərlə bağlı izahat istədi. Bu dövlət çevrilişidirmi, yaxud bu gənc 16 əsgərin ölümünə haqq qazandırmışdımı?
Bu gənc bir vətəndaş kimi cəbhədə baş verənlərin izahatını istəyir və ölkə gəncliyini də buna səsləyirdi. Əslində, belə bir mövqeyə görə Ruslan Nəsirliyə təşəkkür düşürdü. Görünür, bu ölkədə şəhid üçün göz yaşı tökmək də, şəhidinə sahib çıxmaq da, erməni terroruna etiraz bildirmək də vətənə xəyanət mislindədir.
Ancaq Ruslan Nəsirlinin oğurlanaraq cəzalandırılması, hakimiyyətin masqasını növbəti dəfə cıra bildi. Bu vəziyyət onu göstərdi ki, hakimiyyətin vətənpərvərlik, Qarabağ, ordu haqqında səsləndirdiyi fikirlər, sadəcə xalqı aldatmaq və ülvi hissləri bayağılaşdırmaq məqsədi güdür.
3 ton heroinin Azərbaycana necə daxil olmasını və ölkədən necə çıxmasını müəyyən edə bilməyən hökumət, “event” yaratmış gəncin atasını dərhal saxlayır və az keçməmiş “cinayətkar oğul”u həbs edir. Bu nə hikmətdirsə vicdanlı, ləyaqətli, günahsız insanları həbs etmək lazım olanda hüquq mühafizə orqanlarımız uğurlu əməliyyatlara imza ata bilir.
Cəbhə bölgəsindən ölüm xəbərələri gələndə AXCP gənclər komitəsinin Masallı rayon şöbəsinin üzvü Rusif Hüseynov müharibəyə getmək üçün hərbi komissarlığa müraciət etdi, digər cəbhəçi gənc Ruslan Nəsirli isə ölkənin diqqətini cəbəhəyə yönəltəmk üçün gəncləri etiraz aksiyasına səslədi.
Bu həm də onun göstəricisidir ki, bu ölkədə əsl vətənpərvərlər, əsl vətən təssübkeşləri və əsl vətəndaşlar Əliyev hakimiyyətinin “ünsür”, “element”, “ermənipərəst” adlandırdığı adamlardır.
Bir sözlə cəbhədə baş verənlərin günahkarı tapıldığı üçün, cəbhə bölgəsində sabitlik yaranıb. Cəbhəçi gəncin bu əməli ağır cinayət hesab olunduğuna görə onu hələ ki, gizlədirlər. Yəqin düşünürlər ki, Ruslan Nəsirlini üzə çıxarsalar, atəşkəs yenidən pozula bilər.
Möhkəm gizlədin. Bütün erməni əsgərlərinin günahını bu gəncin üstünə yıxıb, cəzalandırın.
Buna görə “Lazım”ı gözləməyə ehtiyac yoxdur.

İlham Hüseyn /azadlıq
1173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00