Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Ermənilər Tovuz və Qazaxın bir neçə kəndini şiddətli atəşə tutublar

Erməni Silahlı Qüvvələrinin birləşmələri təxminən gecə saat 00.00-dan 01.30-dək avtomat və pulemyotlardan istifadə edərək Tovuz rayonunun Əlibəyli kəndini intensiv atəşə tutub.

Düşmənin bu istiqamətdə atdığı güllələr hətta qonşu Yuxarı Öysüzlü kəndinə də çatıb. Məlumata görə, şiddətli atəş nəticəsində Əlibəyli kəndində bir neçə evlərin divarları və damları zədələnib.

Düşmən yuxarıda qeyd olunan vaxt intervalında həmçinin Qazax istiqamətində də atəşkəs rejimini pozub. Məlumata görə, Ermənistan ordusu Qazaxın Cəfərli, Bala Cəfərli və digər sərhəd kəndlərini intensiv atəşə tutub. Qazax Rayon İH-nin Cəfərli və Bala Cəfərli kənd icra nümayəndəsi Barat Vəliyevin APA-ya verdiyi xəbərə görə, ermənilərin şiddətli atəşinə daha çox Bala Cəfərli kəndi məruz qalıb. Düşmənin bu istiqamətdə iriçaplı silahlardan da istifadə etdiyi bildirilir. Kənddə bir neçə evin divarları və damları zədələnib./apa/
1238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı