Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Əfqanıstanda Amerika ordusunun generalı qətlə yetirilib

ABŞ  ordusunun general-mayoru təlim obyektində yerli sakin tərəfindən güllələnib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə New York Times qəzeti Əfqanıstandakı NATO koalisiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, həlak olan general-mayor Əfqanıstanda 2001-ci ildən davam edən əməliyyat dövründə öldürülən ən yüksək rütbəli amerikalı hərbçidir.
Hücumu Əfqanıstanın Milli Ali Hərbi Akademiyasında hərbi geyimli əfqanlı törədib. Pentaqon məlumatı təsdiqləyərək, qeyd edib ki, hücum zamanı 1 amerikalı hərbçi həlak olub, 15 nəfər isə yaralanıb. Pentaqon həlak olan hərbçinin şəxsiyyətini və rütbəsini açıqlamır.
Əfqanıstan hərbçiləri arasında yaralıların olduğu bildirilir./apa/
1017 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP