Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2013

Eldəniz Quliyev haqqında deyilənlərə cavab verdi

«Cümşüd Nuriyevin qazan dibi yalamağı dillər əzbəri olub»

“EL” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevlə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasındakı qarşıdurmaya və Eldəniz Quliyevin Rauf Arifoğlu haqqında dedikləri fikirlərə politoloq Cümşüd Nuriyev münasibət bildirib. Cümşüd Nuriyev “Olaylar”a açıqlamasında Rauf Arifoğlunu müdafiə edib, Eldəniz Quliyev haqqında isə tənqidi fikirlər səsləndirib:
“Rauf Arifoğlunun Azərbaycan mətbuatı və müxalifəti üçün etdiklərinin milyonda birini Eldəniz Quliyev etməyib. Bu adamın Azərbaycan siyasətinə verə biləcəyi heç nə yoxdur. Qələmindən bir dəfə də olsun ağıllı ssenari çıxmayan Eldəniz Quliyev kənardan aldığı tapşırıqları yerinə yetirir. Çünki Eldəniz Quliyevin hər mıxda bir papağı, hər xarici ölkənin təhlükəsizlik orqanlarında bir ayağı var. O, Azərbaycandan başqa bütün ölkələrə xidmət edir” - deyə Cümşüd Nuriyev bildirib.
Eldəniz Quliyev deyilənlərə münasibətində bildirdi ki, Cümşüd Nuriyev səviyyəsiz adamdır və onun haqqında yazdığım məqaləyə görə qisas almaq istəyir: “Cümşüd Nuriyev kimi səviyyəsiz adamın mənasız sözlərinə münasibət bildirib, onun səviyyəsinə düşmək istəməzdim. Bir müddət əvvəl ”Azadlıq" qəzetində “Cümüşün cümşüdlüyü” adlı məqaləm dərc olunmuşdu. Cümşüd Nuriyev də bu məqalədən təsirləndiyi üçün mənim ünvanıma tənqidlər yağdırmaqdan ötrü tribuna axtarırdı. Hər mıxa bir papaq asmağa gəlincə, deyə bilərəm ki, mən papaqsız adamlardan fərqli olaraq, hər yerdə papağını çıxaran kişilərdən deyiləm və papağı həmişə uca tutmuşam. Ömrüm uzunu 2 yerdə işləmişəm, ikisindən də öz istəyimlə çıxmışam. Həmişə vicdanımın səsinə qulaq asmışam və çalışmışam ki, ləyaqətli ömür sürüm. Cümşüd Nuriyevin qazan dibi yalamağı dillər əzbəri olub və bu gün “Facebook” səhifəmdə onun haqqında yazdığım məqaləni yenidən paylaşacam"./azadlıq/
2036 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber