Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2013

Suriyada 22 mətbuat nümayəndəsi öldürülüb

Suriyada ötən ay 22 mətbuat nümayəndəsi öldürülüb
Hökümət qüvvələri tərəfindən 21, üsyanşılar tərəfdən isə 1 mətbuat nümayəndəsi həlak edilib

Dünya Suriyada ötən ay 22 mətbuat nümayəndəsi öldürülüb. Ans xarici mətbuata istinadən məlumatına görə, Suriya İnsan Haqları Təşkilatı oktyabr ayı üçün açıqladığı hesabatda bildirilir ki, hökümət qüvvələri tərəfindən 21, üsyançılar tərəfdən isə 1 mətbuat nümayəndəsi həlak edilib.

Sənəddə iki KİV nümayəndəsinin Suriya təhlükəsizlik qüvvələri tərəfindən işgəncə ilə öldürüldüyü qeyd olunur.

Məruzədə qaçırılan və yaralanan jurnalistlər haqqında da məlumat verilib: "2 mətbuat nümayəndəsi "İraq Şam İslam Dövləti" qruplaşması, 4-ü isə kimliyi hələ məlum olmayan silahlı qruplar tərəfindən qaçırılıb. 7 jurnalist isə Deyr əz-Zor şəhərində hökumət qüvvələri ilə terrorçular arasında baş vermiş qarşıdurmaları işıqlandırmağa çalışarkən yaralanıb".
1936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı