Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Ərdoğanın avtomobilinə hücum edildi

Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın seçki kampaniyasını həyata keçirən avtomobilə bıçaqlı və dəyənəkli hücum olub. Hadisə dünən Adana şəhərinin Kozan bölgəsində baş verib. Kozanın Varsaklar məhəlləsindəki hadisəni 3 nəfər naməlum şəxs törədib. Hücum edən şəxslər üzərində Ərdoğanın loqo, şəkil və “Mənim prezidentinim Rəcəb Tayyib Ərdoğan” yazısı olan 01 RT 581 nömrəli “Jeep” markalı avtomobilin sürücüsü Mustafa Elibola da hədə qorxu gələrək “sən hələ ağıllanmadın? Səni heç Ərdoğan da xilas edə bilməz”-deyərək avtomobilin ön şüşəsinə əllərindəki dəyənəklə vurublar. Sonra isə maşının təkərlərini partladıblar. 

Sürücü polisə müraciət edib. Hadisə ilə bağlı istintaqa başlanılıb. Ədalət və İnkişaf Partiyasının (AKP Kozan bölgəsi üzrə rəhbəri Veli Gelebek hadisəni izlədiklərini deyib./aznyus/

1253 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber