Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Bərzani Nuri əl-Malikiyə dostluq əlini uzatdı

İraq Kürdüstanın prezidenti Məsud Bərzani bu ölkənin baş naziri Nuri əl-Malikiyə məktub göndərərək ondan üzür istəyib, - "Presstv".

Bərzani bu məktubu ilə İraq hakimiyyətində hökmranlıq edən fikir ayrılıqlarını aradan qaldırmaq istəyib. İraqın hökumət qüvvələri ilə İŞİD terrorçuları arasında başlanan şiddətli toqquşmalardan sonra, Kürdüstanın təhlükəsizlik xidməti Kərkuk şəhərini nəzarət altına götürüblər. Bərzani bəyan edib ki, İraq Kürdüstanının regional hakimiyyəti Kərkükün neft rayonunu mərkəzi hakimiyyətə qaytaracaq. İraq siyasətçilərinin əksəriyyəti Bərzaninn bu bəyanatını tənqid ediblər. Maliki isə öz növbəsində İraq Kürdüstanını mərkəzi hakimiyyətlə mübarizə aparmaları üçün İŞİD terrorçularına sığınacaq verməkdə təqsirləndirib. Sözügedən məktubda Bərzani İraq Kürdüstanının mərkəzi hakimiyyətlə əlaqələrin tezliklə bərpa oduncağını da qeyd edib.

Qeyd edək ki, İraqın mərkəzi hakimiyyəti Kürdüstanı rəsmi Bağdadın icazəsi olmadan neft ixrac etdiyinə görə, dəfələrlə tənqid edib./deyerler/
1117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber