Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Təyyarə biletləri kəskin bahalaşdı

Bu ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,6 faiz, sərnişindaşıma tarifləri isə 2,3 faiz bahalaşıb.
Dövlət Statsitika Komitəsinin verdiyi məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 8,2 faiz, digər xarici ölkələr üzrə isə 13,8 faiz bahalaşma müşahidə olunub.
İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi isə 1,5 faiz bahalaşıb. Eyni zamanda MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 0,1 faiz bahalaşıb.
Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb./ans/
1071 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...