Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Donbassda 18 Ukrayna hərbçisi həlak olub

Donbassda 18 Ukrayna hərbçisi həlak olub Ukraynanın şərqindəki Donbass bölgəsində güc strukturlarının əməkdaşları ilə etirazçı qruplaşmalar arasında gedən qanlı döyüşlərdə son bir sutka ərzində 18 Ukrayna həbsçisi həlak olub, 54-ü yaralanıb.

Ukrayna xəbər saytlarının verdiyi məlumata görə, bu rəqəmi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin spikeri Andrey Lısenko keçirdiyi gündəlik brifinqdə açıqlayıb. “Bu, əməliyyatlarda iştirak edən bütün güc strukturlarından alınan məlumatların cəmidir”, - deyə o, söyləyib.

A. Lısenko terrorçuların Ukrayna qüvvələrinin Luqansk, Donetsk, Qorlovka, Staxanov, Alçevsk və Sverdlovsk şəhərləri istiqamətində hücum hazırlıqlarını pozmağa çalışdıqlarını deyib. Əməliyyatlara cəlb olunmuş qüvvələr əməliyyatların aktiv fazasını davam etdirmək üçün hazırlıq tədbirləri həyata keçirirlər.
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14