Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Vətən torpağı – yalnız, İslamın cihadı ilə azad ola bilər!

ŞƏHİDLƏRİN RƏBBİNİN ADI İLƏ!
(VƏTƏN, DİN, QURAN, ŞƏRƏF, NAMUS VƏ QEYRƏT UĞRUNDA MÜBARİZƏ APARAN VƏ CANLARINDAN KEÇƏN ŞƏHİDLƏRİMİZƏ TƏQDİM OLUNUR)

“(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” (Bəqər surəsi 190)

Vətənimizin torpaqları 20 ildən çoxdur ki, düşmən əsgərlərinin ayaqları altında inildəyir. Minlərlə evlər, ata-babaların qəbirləri və müqəddəs mənkanlar yerlə-yeksan olumşdur. Bu müddət ərzində şəhid Mübariz kimi Vətən oğulları öz canları və qanları bahasına bu günə qədər torpaqlarımızı qorumuş, düşmən müqabilində müqavimət göstərmiş, minlərlə şəhidlər öz canlarını Allaha xatir, Vətən yolunda təqdim etmişlər. Bu şəhidlik ruhiyyəsi bizim müsəlman xalqımızın İslamdan çeşmə almış qanındadır. Nə qədər ki, Vətən torpaqları düşmən tapdağı altındadır, şəhidlər olacaq və ölkə müdafiə olunacaq. Allah hamısının ruhunu şad eləsin!
Bu günlərdə başı sübhdən axaşa kimi eyşi-işrətə qatışmışlar və hətta, on nəfərə yaxın ŞƏHİD xəbəri gəlməsindən sonra yenə də, öz çal-çağırını davam etdirən bəzi telefiziya proqramları birdən diskindi. Amma, sadə müsəlman xalqımız 20 illik müharibədə, saf və pak oğullarını müsəlman xalqımızın sərhəd və torpaqlarını qorumaq yolunda həmişə şəhid verməyə adət edmişlər.
Başın sağ olsun Ana Vətən. Hələ də oğullar var ki, bu müsəlman xalqımızın torpaqlarını göz-bəbəyi kimi qorusunlar və bu qara ləkəni tariximizdən silsinlər. Amma. hazır olmaqla iş bitmir. Bütöv müsəlman xalqımız, oğullu-uşaqlı, varlı-kasıb, vəzifəli-vəzifəsiz, ac-tox, savadlı-savadsız, cavan-qoca, uşaq-böyük hamı Vətənin və müsəlman torpaqlarımızın yağı düşmən tapdağı altından azad edilməsinə hazır olmalıdır. Bu hazırlıq, ən yüksək səviyyədə olmalıdır. Bu gün müsəlman Fələstin xalqının, Suriya xalqının, İraq xalqının bir nəfər kimi İslam düşmənlərinə və terroristlərə qarşı müharibədə iştirakı bizə müasir nümunə olmalıdır. Fələstinli uşaqlar qəsbkar və qaniçən İsrail əsgərləri, tanklarının qarşısına daşla çıxırlar. Bütün bunların başında, bizim Kərbala məktəbi kimi şəhadət məktəbi varmızdır. Bu məktəbin hazırki liderlərinin cibinə narkotika atıb zindana atmaq əvəzinə onların iman və elmlərindən müsəlman xalqımızın əsgər və gənclərinin mənəvi ruhiyyələrini möhkəmlətmək lazımdır. Əgər belə olmasa, bizim cavanlarımızın və gənclərimizin etiqadını dəyişib, Suriyaya, İraqa və sair ölkələrdə terroristlərə qoşulub orada ölümə hazırlayayacaqlar.
Müqəddəs Quranımız, bizi torpaqlarımızı işğal etmiş düşmənlərimiz müqabilində cihada və mübarizəyə dəvət edir. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) 23 illik islami təbliğində 50-ə yaxın kiçik və böyük müharibələrdə şəxsən özü iştirak etmişdir. Müqəddəs Quranda oxuyuruq: “Zülmə məruz qaldıqlarına görə vuruşanlara (təcavüzkarlara qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!” (Həcc surəsi 39)
Müharibə şəratində olan bir ölkənin başçısı və məmurlarının ilk vəzifəsi müsəlman xalqı ruhi və mənəvi cəhətdən hər an başlaya biləcək döyüşə – yəni müqəddəs Müdaifə cihadına hazırlamaqdır. Amma çox təəssüflər olsun ki, hazırkı dövlətin siyasəti ölkədə cavanları müharibə ilə daban-dabana zidd hal olan, “şəhvət əyləncə praqramlarını” icra etməklə məşğuldur. Ölkədə şəhid ailələrinin çox ağır vəziyyətdə yaşadığı halda, milyonlarla manat vəsaiti müxtəlif mənasız proqramlara sərf etməyə nə ad vermək olar? Dövlət hərbi sahədə, İslamın mənəvi təsirinin azalmasından ötrü o qədər geriyə addım atıb ki, hətta əsgərlərə namaz qılmaq və ibadət etmək də yasaq olunub. Mənə elə gəlir ki, dövlət bu sahədə də təcili islahatlar aparmalı və düşmənlə səngərdə üzbəüz dayanan əsgərlərimizi ruhi və mənəvi cəhətdən möhkəmlətməkdən ötrü imanlı və savadlı ruhanilərdən cəbhə bölgəsinə göndərilməli və əsgərlərimizə Kərbəla məktəbinin mənasını çatdırmalıdırlar. Bütün bunlardan ötrü ölkədə İslama və islami dəyərlər üzrə yüksək səviyyədə islahatlar aparılmalı, İslam qanuna zidd olan bütün qadağalar ləğv olunmalı, şərlənərək və ya etiqadlarını qorumaq üstündə zindanlara atılmış alim və möminlər dərhal azad olunmalıdır. Daha doğrusu tezliklə, Vətənin müdaifəsindən ötrü inanaclı insanlardan ibarət könüllü əsgərlər dəstəsi hazırlanmalıdır.
Bizim mömin və imanlı cavanlarımız ancaq bu yolla Vətənin torpaqlarını azad edə bilərlər. Bütün bunları nəzərə alaraq qəti şəkildə demək olar ki, bu günki Vətən torpaqlarının işğal altından azad olunmasının yeganə yolu, İslam və müqəddəs müdafiə cihadıdır. Qərb və düşmənlərimiz bilir ki, əgər Azərbaycanda şəhid Mübariz kimi İslam əsgərləri baş qaldırsa və düşmən üzərinə getsə, heç bir imperialist qüdrət onlara qalib gələ bilməz. Ona görə də bizim an çox qeyrət və namus məsələlərimizə əl atırlar. Onlar bilirlər ki, İslam və Quran ruhiyyəsi ilə cihada qalxan əsgər üçün mal, sərvət, dünya mühüm olmayacaq və Allaha xatir bütün varlığı ilə bu döyüşdə iştirak edəcəkdir. İslam məktəbində məğlubiyyət mənası və etiqadı yoxdur. Sağ qaldın savabın çoxdur, canın əldən verdin uca şəhidlik məqamını ələ gətirirsən. Quranda oxuyuruq:
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!” (Tövbə surəsi 111)
Sonda xalqı müsəlman olan dövlət məmurlarına və millət vəkillərinə üzümü tutub bunu demək istəyirəm ki, bu dünya heç kimə qalmayacaq. Hamımız çox dəqiq və gözəl bilirik ki, haçansa bu düynyaını tərk edəcəyik. Əgər Vətənin torpağının müdafiəsi yolunda dünyamızı dəyişsək, bu ən böyük xoşbəxtlik və şəhadət məqamıdır (bu məqam hər kəsə qismət olmur)
Gəlin bu Vətəni, bu müsəlman ölkəmizi, bu müqəddəs müsəlman torpaqlarımızı düşmən əlində saxlamaqla həm özümüzü, həm də müsəlman xalqımızın adını Allah yanında və gələcək nəsillər yanında xəcalətli etməyək! Sizin hamınız, İslamın gücünü, qüdrətini və ruhiyyəsini və Kərbəla məktəbinin nə olduğunu çox yaxşı bilirsiniz və hamınız bilirsiniz ki, bu xalq, müsəlman xalqdır. Onun Quranı, dini və etiqadı vardır. İslam və Quran xalqımızın ən böyük qüdrəti və mənəvi dayağıdır. Yolumuz və müstəqilliyimiz də elə bu imanımız və dinimizdən asılıdır. İmanımız, dinimiz və etiqadımız olmasa, bu xalq onun torpağı ilə birlikdə, yeraltı və yerüstü sərvətləri də hamısı özgələrinə satılacaq!
Allah-Taaladan bütün müsəlman xalqlara, başda doğma Azərbaycanımıza bu yolda uğurlar aruzulayıram!

ÜMUMDÜNYA İSLAM ELMLƏRİ
AKADEMİYASININ DOKTORANTI
Faiq Vəlizadə
06-08-2014

Hicab.org
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber