Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Vasif Talıbovdan zəvvarlara məhdudiyyət

Naxçıvandan müqəddəs Qum və Məşhəd ziyarətinə gedən zəvvarlara məhdudiyyətlər qoyulub

N.M.Respublikasından xəbər saytımıza daxil olan məlumata əsasən, adının çəkilməsini istəməyən yerli dindarlardan belə xəbər vermişdir ki, artıq 3-4 aya yaxındır Naxçıvandan İrana, Qum və Məşhəd şəhərlərində yerləşən müqəddəs və pak ocaqların ziyarətinə gedən zəvvarların, karvan rəhbərlərinə məhdudiyyətlər qoyulub. Belə ki, turizm işləri ilə əlaqədar məsələlər dövlətin dini işlər üzrə nəzarət komitəsinin nəzarəti altına verilib. Məlumata görə dövlət dini komitəsinin icazəsi olmadan, heç bir karvan rəhbərliyi İrana ziyarət üçün zəvvar apara bilməz. Əks təqdirdə, icazə verilmədən ziyarətgahlara adam aparsalar, onları birinci dəfə cərimə, təkrarlanarsa müvəqqəti həbs cəza tədbirləri gözləyir.
Ziyarətə yalnız, dini işlər üzrə nəzarət kumitəsinin turizmlə bağlı, dövlətlə əlaqəli olan şəxslər karvan apara bilərlər. Buda Əhl-beyt sevərlər və yerli əhali arasında ciddi narazılığa səbəb olub. Ziyarətə getməyə qarşı qoyulan qadağanın səbəbi ilə maraqlandıqda dövlət rəsmilərindən belə cavab alıblar ki, ziyarətə gedən vətandaşlara yol boyu dini təbliğat, dövlət əleyhinə mənfi fikirlər, ziyarətgah yerləşən şəhərlərdə dini məclislərin təşkil olunması, o cümlədən Qum şəhərində dini ali təhsil alan azərbaycanlı tələbələrin dini moizələr etməsi kimi bəhanələr ortaya qoyulmuşdur.
Yaxşı olardı, bu mənfi təbliğatı irəli yürüdən dövlət məmurları ziyarətə hansı vətandaşların necə getmələri və nə barədə danışmalarını müsəlman Naxçıvan xalqı üçün izah edərdilər./naxcivan-xeber/
1172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber