Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

İran sərhəddində Aslanduz-Horadiz keçid məntəqəsi açılacaq

İran və Azərbaycan Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi işlərinin sürətləndirilməsi ilə bağlı razılıq əldə ediblər

Azərbaycan ilə İran Aslanduz-Horadiz sərhəd keçid məntəqəsinin açılması ilə bağlı razılıq əldə edib. Belə ki, İran sərhəddində Aslanduz-Horadiz keçid məntəqəsi açılacaq.

İnterAz xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi bildirib.

O, gömrük məntəqəsinin açılması üçün infrastruktur işləri və yolların çəkilməsi ilə bağlı işlər yaxın zamanda başlayacağını, həmçinin Astara sərhəd keçid məntəqəsində ikinci körpünün tikintisi üçün iki ölkə arasında razılıq əldə olduğunu söyləyib.

Qeyd edək ki, İran və Azərbaycan Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi işlərinin sürətləndirilməsi ilə bağlı razılıq əldə ediblər.
1102 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:16