Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

“HƏMAS” atəşkəs xəbərini təkzib etdi

Fələstinin “HƏMAS” müqavimət təşkilatı İsrailin atəşkəsi uzatmaq barədə təklifini rədd edib.

Reuters agentliyinin verdiyi xəbərə görə, bunu Qahirədə keçirilən danışıqlarda Fələstin nümayəndə heyətinin üzvü Musa Əbu Marzuk bildirib.

"Atəşkəsin uzadılması barədə heç bir razılaşma əldə edilməyib”, Fələstin rəsmisi özünün “Facebook” səhifəsində yazıb.

Bundan əvvəl bir sıra KİV-i xəbər vermişdilər ki, Qahirədə fələstinlilər və israillilər arasında atəşkəsin daha bir neçə gün uzadılması haqqında razılaşma əldə edilib. Misir mənbələri, öz növbəsində, danışıqların davam etdiyini qeyd edirlər.
1469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
Go to TOP